Paytaxtda və Sumqayıtda oğurluq edənlər saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonunda, həmçinin Sumqayıt şəhərində mağazalardan 1100 manatlıq məhsullar, 1 ədəd noutbuk, qızıl klon və sırğa oğurlanması barədə polisə məlumat daxil olub.