![Almanların hazırladığı bu pendir növü](https://e-saglam.az/storage/news/middle/images/2025/2/alman-pendiri.webp)
Almanların sağlamlıq sirri olan bu xüsusi pendir, qaynadılmış südlə hazırlanaraq yüksək vitamin tərkibi ilə diqqət çəkir. Bu pendir sağlamlıq üçün əvəzsiz bir qida mənbəyidir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, bu pendirin əsas tərkib hissələri qaynadılmış süd, alma, darçın və limon suyudur. Limon suyu ilə kəsilmiş süd qısa müddətdə kəsmik halına gəlir və təbii pendir əldə olunur.
Almanlar tərəfindən geniş istifadə edilən bu pendir, yüksək qida dəyəri ilə immuniteti gücləndirir. Xüsusilə sümük sağlamlığını dəstəkləyən kalsium və protein baxımından zəngindir.
Pendirin tərkibindəki alma, həzm sistemini yaxşılaşdıran liflə zəngindir. Bu xüsusiyyəti sayəsində bağırsaq sağlamlığını dəstəkləyir və həzmi asanlaşdırır.
Darçın, qan şəkərini tənzimləmə xüsusiyyəti ilə maddələr mübadiləsinə müsbət təsir göstərir. Beləliklə, diabet riskini azaltmağa kömək edir.
Limon suyu isə yüksək C vitamini ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Bu, xüsusilə soyuq fəsillərdə immuniteti gücləndirmək üçün əla seçimdir.
Bir çox pendir növü olsa da, bu ənənəvi alman resepti hələ geniş yayılmayıb. Halbuki, sağlamlıq üçün olan faydaları sayəsində süfrələrdə yer almalıdır.
Evdə asanlıqla hazırlana bilən bu pendir, süni qatqılar olmadan təbii və qidalı bir alternativ təklif edir. Həmçinin hazırlanması olduqca praktik və qənaətcildir.
Sadəcə bir neçə əsas inqrediyentdən ibarət olan bu pendir, səhər yeməklərinə əlavə edildikdə həm ləzzətli, həm də sağlam bir seçim olur.
Onun istehsalı üçün xüsusi avadanlıq tələb olunmur və hər evdə rahatlıqla hazırlana bilər. Bu da onu daha əlçatan edir.
Qaynadılmış südlə hazırlanan pendirin gündəlik qida rasionuna daxil edilməsi, bədəni gücləndirərək ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
Əgər siz də təbii və qidalı bir pendir alternativi axtarırsınızsa, bu alman reseptini sınaya bilərsiniz. Sağlam və ləzzətli bir süfrə üçün ideal seçimdir!
Bu xüsusi alman pendirinin resepti olduqca sadədir və ev şəraitində rahatlıqla hazırlana bilər. Aşağıda qaynadılmış südlə hazırlanan pendirin reseptini tapa bilərsiniz:
Xüsusi alman pendiri necə hazırlanır?
Tərkibi:
- 1 litr tam yağlı süd
- 1 ədəd alma (rəndələnmiş)
- 1 çay qaşığı darçın
- 2 xörək qaşığı təzə limon suyu
- Bir çimdik duz (isteğe bağlı)
Hazırlanması:
- Südü bir qazana tökün və orta odda qaynayana qədər qızdırın. Süd tam qaynama həddinə çatdıqda, ocağı bir qədər azaldın.
- Rəndələnmiş alma və darçını südə əlavə edin, yaxşıca qarışdırın.
- Limon suyunu yavaş-yavaş qarışığa tökün və davamlı qarışdırın. Süd tədricən kəsmikləşməyə başlayacaq.
- Süd tamamilə kəsmikləşdikdən sonra (pendir suyu ayrıldıqda), qarışığı bir neçə dəqiqə daha qarışdırın və ocağı söndürün.
- Pendir kütləsini bir süzgəcə və ya təmiz tənzifə tökün. Artıq suyunun süzülməsi üçün 1-2 saat gözləyin.
- Daha bərk bir pendir əldə etmək istəyirsinizsə, tənzifin üstünə bir ağırlıq qoyaraq bir neçə saat gözlədə bilərsiniz.
- Pendiri soyuducuya yerləşdirin və 2-3 saat dincəlməyə buraxın.
Tərcümə: Könül Oruc