AZ

Külək Bakıda binanın dam örtüyünü uçurdub VİDEO

Güclü külək Bakıda yaşayış binasının dam örtüyünü uçurdub, fasadına da zərər vurub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Sabunçu rayonu, Qəzənfər Musayev, 4 ünvanından gedir. Burada olan köhnə ikimərtəbəli binanın dam örtüyü ötən axşam güclü küləyə tab gətirməyərək uçub. Dam örtüyü uçan zaman fasaddan da daş parçalarını qoparıb.

Tökülən daş parçaları 14 ailənin yaşadığı binanın ikinci mərtəbəsində piyada yolunu bağlayıb.

Sakinlər deyirlər ki, təhlükəyə görə evlərindən çölə çıxa bilmirlər.

Ərazi üzrə 148 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən ''Xəzər Xəbər''ə bildiriblər ki, binanın damına heç bir zərər dəyməyib. Uçan yer isə illər əvvəl sakin tərəfindən dam örtüyünə quraşdırılan əlavə hissədir. Fəsadların aradan qaldırılmasına gəldikdə isə, Mənzil-Kommunal Təsərrüfatı Birliyindən qeyd etdilər ki, axşama qədər işlər yekunlaşacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr