“Bildiyiniz kimi, mən 2021-ci ildə araşdırma materiallarını onlayn yayımladım, Fransada bu uğurlu iş kimi qəbul edildi və mətbuatda ondan sitatlar gətirilirdi. O zaman rəsmi media bunu “saxta xəbər” adlandırmışdı. Amma mənim çoxlu əsasım var idi! Nəticədə araşdırma tam şəkildə mətbuatda dərc olundu. O vaxtdan bəri, artıq 3,5 ildir təqib olunuram”, – Rey deyib.
O, qeyd edib ki, bu qalmaqal həm də azyaşlıların qaçırılması ilə bağlı böyük pedofiliya işi ilə nəticələnəcək.
“Güman edirəm ki, Bricit Makron həyatı boyu dəfələrlə pedofil dərnəklərinə baş çəkib, orada nüfuzlu insanlar da olublar. Bu çevrədəki əlaqələri sayəsində Bricit siyasətçiləri və iş adamlarını Makronla tanış edib. Əks təqdirdə, əyalət müəlliminin, şirniyyatçı qızının Fransada çox nüfuzlu insanların qapalı dairəsinə necə düşdüyünü təsəvvür etmək heç cür mümkün deyil. Oraya “xüsusi” bilikləriniz və əlaqələriniz olmadan düşə bilməzsiniz”, – jurnalist söyləyib.//Report
KONKRET.az