AZ

Moskvada zavod ərazisində yanğın – Binada insanlar qalıb


Moskvada “Elektrozavod” zavodunun ərazisindəki binalardan birində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, TASS-ın məlumatına görə, yanğına üçüncü mürəkkəblik səviyyəsi təyin edilib.
Bildirilib ki, insanlar binanın yuxarı mərtəbələrində sıxışıb qalıb. Onların dəqiq sayı bəlli deyil - “Baza” yazır ki, onların sayı 30, “Mash” - 10, “Shot” isə 50 nəfərdir.
Ölkənin FHN-nin məlumatına görə, yuxarı mərtəbələrdən insanları xilas etmək üçün qaldırıcı mexanizmlər quraşdırılıb:
“Hadisə yerində 60 yanğınsöndürən və 16 texnika çalışır”.
Nazirlik binadan 40 nəfərin xilas edildiyini bildirib. Teleqram kanalları onlardan bir neçəsinin dəm qazından zəhərləndiyini yazıb.
Seçilən
18
yeniavaz.com

1Mənbələr