AZ

Goranboyda yük maşını aşdı, ölən var

23:27 07.02.2025
23:27 07.02.2025

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Mynews.az xəbər verir ki, hadisə rayonun Yuxarı Ağcakənd kənd qəsəbəsində qeydə olunub.

Belə ki, Qızılhacılı kənd sakini 30 yaşlı Yusif Orucov idarə etdiyi “Kamaz” markalı yük maşınını aşırıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Fakt araşdırılır.//APA


Seçilən
29
50
mynews.az

10Mənbələr