AZ

“ƏƏSMN-nin pulu camaatın puludur, gözbəbəyi kimi qorunmalıdır” – Yeni nazirin atası


“Oğlum Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasını çox müsbət qarşılayıram. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm”.
Yeniavaz.com
“Teleqraf”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyevin atası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev ötən gün deyib.
“Oğlum hazırda maliyyə naziri olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birlikdə işləyib. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pulu camaatın puludur. O pullar gözbəbəyi kimi qorunmalıdır. Anarın nazir təyin olunacağı ilə bağlı gözləntim var idi. Amma xəbəri bir saat olar gördüm. Görən kimi də zəng edib Anarı təbrik etdim”, - Rəhim Əliyev deyib. 
Seçilən
73
23
yeniavaz.com

10Mənbələr