AZ

“Araz-Naxçıvan” əsas ulduzunun xidmətindən məhrum oldu

“Araz-Naxçıvan” ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə keçirdiyi oyunda ciddi itki ilə üzləşdi.

Meydan sahiblərinin aparıcı oyunçularından Ramon Maçado zədələndi. 10-cu dəqiqədə rəqibin futbolçusu ilə toqquşan braziliyalı hücumçu ayağa qalxa bilmədi. Həkimlərin müdaxiləsindən sonra 13-cü dəqiqədə onu meydandan xərəkdə çıxardılar.

“Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovdan Maçadonun sağlıq durumunu soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Maçado rentgen olundu. Sümüklə bağlı qırıq və ya çıxıq yoxdu. Topuğunda şiş var. Azı iki həftə komandaya kömək edə bilməyəcək”.

ƏSƏD SEYİDOV
Seçilən
62
football-plus.az

1Mənbələr