AZ

Azərbayacanlı karateçi finala yüksəlib

Azərbaycanlı karateçi 52-ci Avropa çempionatının finalında qızıl medal uğrunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, Ələddin Məlikov (-68 kq) 16-17 yaşlı gənclər arasında keçirilən yarışda bu şansı əldə edib.

Ələddin həlledici görüşdə Yigit Halici Ahmetlə üz-üzə gələcək. O, finala gedən yolda, portuqaliyalı, isveçrəli, çexiyalı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.

İdman.biz

Seçilən
34
idman.biz

1Mənbələr