Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Bəxtiyar HəsənalızadəninTürkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işini uğurlayekunlaşıb.
Trend-inməlumatına görə, bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkilElcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, FIFA-nın Mübahisələrin Həlli Palatasınınqərarına əsasən, B.Həsənalızadəyə klub tərəfindən təzminatödənilib.