AZ

Gəncənin ən böyük zavodlarından birinin külli miqdarda borcu yaranıb


“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, ASC-nin 146 min manat vergi borcu yaranıb.

Şərab, konyak, spirtli içki istehsal edən ASC maliyyə problemləri yaşayır.

2024-cü ilin oktyabrında ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdi. Yığıncaqda zavoddakı struktur dəyişikliyi, idarə heyətinin seçilməsi müzakirə edilmişdi.

 

 


Seçilən
15
nuh.az

1Mənbələr