AZ

Gəncədə ət və yumurta istehsalı artıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatları açıqlayıb.

Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 63,2 ha sahədə əkin (ondan 29,0 hektar dənli  və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2024-cü ilin yanvar-dekabr aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 886,9 ton meyvə və giləmeyvə, 502,8 ton üzüm toplanmışdır. 

2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 691 baş iribuynuzlu mal-qara (ondan 291 baş inək və camış), 1514 baş qoyun və keçi, 29 baş donuz mövcud olmuşdur. 

Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində 224 ton ət diri çəkidə, 690 ton süd, 1215 min ədəd yumurta, 2 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 52 ton (30,2 faiz), yumurta istehsalı 210 min ədəd (20,9 faiz) artmış, süd istehsalı 21 ton (3,0 faiz), yun istehsalı isə 1 ton (33,3 faiz) azalmışdır.

2024-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 5 milyon 305,8 min manat, o cümlədən bitkiçilik məhsulları 3 milyon 192,0 min manat, heyvandarlıq məhsulları 2 milyon 113,8 min manat təşkil etmişdir.

Seçilən
4
1
marja.az

2Mənbələr