Bakıda 6-8 fevral tarixləri arasında “2015 NN Table Tennis Club İTTF – Europe Top- 16 Cup” turniri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turnirin açılış mərasimi 6 fevral tarixində, saat 16:00-da baş tutacaq. Görüşlər Milli Gimnastika Arenasında baş tutacaq. Yarışların keçirilmə zamanı isə, hər gün saat 10:00-dan 21:00-a qədərdir.
Qeyd edək ki, bağlanış mərasimi isə 8 fevral saat 21:00-da olacaq.