AZ

Goranboyda yük maşını aşdı — Ölən var

Goranboyda yük maşını aşıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, 1995-ci il təvəllüdlü Yusif Orucov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
demokrat.az

1Mənbələr