Bakı. Trend:
"Neftçi" heyətinə yeni hücumçu cəlb edib.
Trend-inməlumatına görə, "ağ-qaralar" ingiltərəli forvard Bassala Sambounurəsmən təqdim edib.
Bakı klubu sosial şəbəkələrdə "Xoş gəldin, Sambou" adlı videopaylaşıb. 27 yaşlı futbolçu son olaraq Kiprin "Paralimni"komandasında çıxış edib və "Neftçi" ilə 1,5 illik müqaviləimzalayıb. O, yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Koventri" Akademiyasının yetirməsi olan Samboukaryerası ərzində "Fortuna Sittard" (Niderland), "Randers"(Danimarka), "Kru Aleksandra" və "Oldham" (hər ikisi İngiltərə)klublarında oynayıb.