AZ

Qırmızı diplom nə işə yarayır? VİDEO

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi növ olan qırmızı diplom verilir. Məzun olanlar isə bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük vermir.

Xezerxeber.az-ın məlumatına görə, təhsil ekspertləri də bildirirlər ki, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyindən isə "XəzərXəbər"ə bildirildi ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da istifadə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
49
26
xezerxeber.az

10Mənbələr