AZ

Rahilin komandası son anda məğlubiyyətdən qaça bilib - VİDEO

Azərbaycanlı müdafiəçi Rahil Məmmədov Polşa çempionatında növbətini oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" öz meydanında "Şlask"la qarşılaşıb.

20-ci tur çərçivəsində keçirilən matçda qalib bəlli olmayıb. Komandalar hərəyə bir dəfə fərqləniblər. "Radomyak" 90+4-cü dəqiqədə məğlubiyyətdən qaça bilib. Rahil 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Məmmədovun komandası 21 xalla 13-cü pillədə qərarlaşıb. Radom təmsilçisi növbəti turda "Qurnik Zabrze"nin qonağı olacaq.

İdman.biz

Seçilən
35
idman.biz

1Mənbələr