AZ

Daha 183 fələstinli məhbus azad edildi

İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasının beşinci mərhələsində daha 183 fələstinli azad edilib.

Turkustan.az xəbər verir ki, Həmas bu gün səhər razılaşmaya uyğun olaraq üç israilli məhbusu da azad edib. İsrail tərəfindən azad edilən 183 nəfərdən 18-i ömürlük həbs cəzasına məhkum edilmiş fələstinli məhbuslardır.
Bildirilib ki, bu gün azad edilən 111 fələstinli oktyabrın 7-dən sonra saxlanılanlar olub.

Azad edilən fələstinlilər günorta saatlarında İordan çayının qərb sahilinin Ramallah şəhərinə gəliblər.
Bu arada İsrailin azad edilmiş iki fələstinlinin evinə basqın etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
turkustan.az

1Mənbələr