AZ

ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

Image

ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan rusiyalı iş adamlarının aktivlərini müəyyən etmək üçün yaradılan “KleptoCapture” qrupunun fəaliyyətini dayandıracaq. “The Guardian” xəbər verir ki, qərar yeni baş prokuror Pam Bondinin daxili memorandumuna əsaslanır.

Sənəddə bildirilir ki, qrupun səyləri “prioritetlərin dəyişdirilməsi və maliyyənin narkotik kartelləri və beynəlxalq cinayətkar qruplarla mübarizəyə yönəldilməsi çərçivəsində” dayandırılacaq. 

Baş prokuror bildirib ki, sanksiyaların həyata keçirilməsi və iş adamlarının aktivlərinin dondurulması üçün ayrılan resurslar kartellərlə mübarizəyə yönəldiləcək.

“KleptoCapture” qrupu 2022-ci ilin martında ABŞ Ədliyyə Departamentində rus iş adamları tərəfindən qanunsuz əldə edildiyi iddia edilən aktivləri müəyyən etmək və dondurmaq üçün yaradılıb. Qrupa Endryu Adams rəhbərlik edirdi.

TAHİR





Seçilən
50
baki-xeber.com

1Mənbələr