AZ

Qardaş və bacı üçüncü mərtəbənin pəncərəsindən yıxıldılar

Muromda (Rusiyanın Vladimir vilayəti) iki yaşlı qız və üç yaşlı oğlan üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıblar.

Publika.az xəbər verir ki, uşaqlar xəstəxanaya yerləşdirilib, onların həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Müstəntiqlər iki azyaşlı uşağın pəncərədən yıxılması barədə məlumatı araşdırır.

İlkin məlumata görə, Karl Marks küçəsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində valideynləri ilə birlikdə yaşayan nəzarətsiz uşaqlar pəncərəni açaraq küçəyə yıxılıblar.

Seçilən
37
2
publika.az

3Mənbələr