AZ

Fatinin mövsümün qalan hissəsini harada keçirəcəyi məlum olub

"Barselona"nın cinah oyunçusu Ansu Fatinin gələcəyi bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu bu qış Türkiyədən və ya digər ölkələrdən hər hansı təklifi nəzərdən keçirməyi planlaşdırmır.

Fati bütün diqqətini mövsümün sonuna kimi "Barselona"da oynamağa cəmləyib və yayda klubu dəyişmək barədə düşünməyə hazır olacaq.

Hazırkı Fati bütün turnirləri nəzərə alaraq səkkiz oyunda iştirak edib. Əlavə edək ki, futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Seçilən
21
90deqiqe.az

1Mənbələr