AZ

Netanyahu Qəzza danışıqları üçün nümayəndə heyəti göndərib

İsrailin Baş naziri Benyamin Netanyahu Qətərə gedən nümayəndə heyətinə Qəzzada atəşkəs razılaşmasının texniki detallarını müzakirə etmək göstərişi verib.

Azreform.info xəbər verir ki, bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb.

Onun Qəzza girovları ilə bağlı razılaşmanın ikinci mərhələsini müzakirə etmək üçün bu həftə hökumətin iclasını keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Netanyahu fevralın 4-də ABŞ-də olub. O, ABŞ dövlət başçısı Donald Trampla görüşüb.

Seçilən
45
8
azreform.info

9Mənbələr