AZ

Özbək futbolçu İngiltərə nəhəngində ilk qolunu vurdu

"Mançester Siti"nin özbək futbolçusu Abdukodir Xusanov "şəhərlilər"in forması ilə ilk qolunu vurub.

Fanat.Az xəbər verir ki, o, İngiltərə Kubokunun 1/16 final mərhələsində "Leyton Orient"ə qarşı bu gün keçirdikləri matçda (2:1) fərqlənib.

56-cı dəqiqədə adını tabloya yazdıran mərkəz müdafiəçisi İngiltərə nəhənginin forması ilə çıxdığı 2-ci qarşılaşmada rəqib qapısına yol tapıb.

Xatırladaq ki, MS Xusanovu bu qış "Lans"dan alıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. Abdukodir İngiltərə Premyer Liqasının 23-cü turunda "Çelsi" ilə görüşdə debüt edib.

Nihat

 

Seçilən
23
fanat.az

1Mənbələr