Bakı. Trend:
Münhendə (Bavariya federal əyaləti) 200 mindən çox insan sağçıpartiyalara qarşı nümayişdə iştirak edir.
Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi Almaniyapolisinə istinadən xəbər verib.
Bir çox fəal əllərində “İrqçilik və nifrət alternativ deyil”sözləri yazılmış lövhələr tutub. Bəzi iştirakçılar sağçı “Almaniyaüçün Alternativ” partiyasına qadağa qoyulmasını istəyiblər.Bildirilib ki, nümayiş dinc şəraitdə keçirilir.