"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın argentinalı vingeri Alexandro Qarnaço haqda fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb.
"Alexandro Qarnaço kimi oyunçulara ehtiyacımız var. O, bizim üçün çox önəmlidir, oyunu bir daha dəyişdi.Biz Alexandrodan razıyıq."
Xatırladaq ki, qış transfer pəncərəsində “Napoli” Qarnaçoya ciddi maraq göstərsə də, italyanlar futbolçu ilə anlaşa bilməyib.Bu mövsüm 20 yaşlı hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.