AZ

Yanğın 16 saata söndürüldü: 1 erməni öldü, 6-sı yaralandı

Yanğın

Fevralın 8-də, saat 04 radələrində Ermənistanın Cəlaloğlu (1924-cü ildə adı Stepanavana dəyişdirilib – red.) şəhərində binalardan birində baş verən yanğın 20:00 radələrində söndürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər bir nəfərin yanmış meyitini tapıb, 6 nəfər isə xəstəxanalara yerləşdirilib.

Yanğın 450 kv.m sahəni əhatə edib.

Seçilən
39
1
xalqcebhesi.az

2Mənbələr