![Təbii mədə qoruyucusudur -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/banan-ve-kuncut-ezmesi.webp)
Küncüt əzməsi və banan birlikdə istehlak edildikdə mədə üçün təbii qoruyucu rolunu oynayır. Hər iki qida zəngin qida dəyərinə malik olmaqla yanaşı, həzmi asanlaşdırır və mədə turşuluğunu tarazlayır.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, bananın tərkibindəki liflər bağırsaq fəaliyyətini yaxşılaşdırır və həzmsizlik problemlərini aradan qaldırır. Eyni zamanda, küncüt əzməsinin tərkibindəki sağlam yağlar mədə divarını qoruyaraq reflü və qastrit kimi problemlərin qarşısını alır.
Küncüt əzməsi antioksidantlarla zəngin olduğu üçün mədə hüceyrələrinin yenilənməsinə kömək edir. Banan isə təbii prebiyotik xüsusiyyətlərə malikdir və bağırsaqlardakı faydalı bakteriyaları qidalandıraraq sağlam həzmi dəstəkləyir.
Bu qarışıq həzmsizlik, şişkinlik və mədə yanması kimi problemlər yaşayanlar üçün ideal seçimdir. Xüsusilə ağır yeməklərdən sonra qəbul edildikdə mədəni rahatladır və rahat həzmə kömək edir.
Küncüt əzməsi və banan uzun müddət toxluq hissi yaradır və orqanizmin enerji ehtiyacını qarşılayır. Bu səbəbdən, səhərlər və ya qəlyanaltı zamanı istehlak edilməsi tövsiyə edilir.
Bu qarışığı hazırlamaq üçün bir yetişmiş bananı çəngəllə əzin və üzərinə bir xörək qaşığı küncüt əzməsi əlavə edərək yaxşıca qarışdırın. Daha şirin bir dad üçün bal və ya bəkməz əlavə edə bilərsiniz.
İstəyə bağlı olaraq, qarışığı qatıqla birləşdirərək daha da qidalı edə bilərsiniz. Bu şəkildə həm dadlı, həm də faydalı bir yemək əldə etmiş olarsınız.
Təbii və sağlam qidalanma ilə mədənizi dərman istifadə etmədən qoruya bilərsiniz. Küncüt əzməsi və banan qarışığı mədəyə dost bir alternativ olaraq, həzm sisteminizi dəstəkləyir.
Mədə problemlərinin qarşısını almaq üçün fast-food və işlənmiş qidalardan uzaq durmaq da vacibdir. Sağlam qidalarla mədənizi qoruyaraq, ümumi sağlamlığınızı gücləndirə bilərsiniz.
Tərcümə: Könül Oruc