Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ABŞ sanksiyalarına məruz qalan ilk şəxs olub.
Hurriyyet.Az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, bu, ABŞ liderinin tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və səyahət sanksiyalarına aiddir. Məhdudiyyətlər ABŞ vətəndaşlarını və ya onların müttəfiqlərini araşdıran hərbi cinayətlər tribunalına qarşı aparılan repressiyaların bir hissəsi kimi tətbiq edilib.
Fevralın 6-da Tramp ABŞ, İsrail və digər Vaşinqton müttəfiqlərinin vətəndaşlarını tənqid və təqib etdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə və viza sanksiyaları tətbiq edib.
2025-ci il yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsinə cavab olaraq Haaqadakı BCM rəsmilərinə sanksiya tətbiq edən qanun layihəsini qəbul edib.\\Publika.az