AZ

Sosial medianın QORXULU FƏSADI

Baylor Universitetinin amerikalı alimləri paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini bir o qədər tənha hiss edirlər.

Publika.az xəbər verir ki, tədqiqat Personality and Social Psychology Bulletin (PSPB) elmi jurnalında dərc olunub .

Komanda rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində təxminən 7000 Hollandiyalı böyüklərin məlumatlarını təhlil edib.

Nəticələr göstərib ki, həm passiv (qarşılıqlı əlaqə olmadan gözdən keçirmə), həm də aktiv (yerləşdirmə və ünsiyyət) sosial mediadan istifadə təklik hisslərinin artması ilə əlaqələndirilir.

Mütəxəssislər vurğulayıblar ki, onlayn qarşılıqlı əlaqə sosial ehtiyacları ödəmək üçün zəruri olan üz-üzə ünsiyyəti əvəz edə bilməz.

"Sosial media onlayn icmalara çıxış təklif edir, lakin onların istifadəsi - aktiv və ya passiv - təkliyi azaltmır və hətta artıra bilər", - tədqiqatın müəllifi, professor Ceyms Robert deyib.

Seçilən
75
5
publika.az

10Mənbələr