AZ

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalyaşəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medalqazanıb.

Trend-in məlumatına görə, bu barədə Milli ParalimpiyaKomitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Azərbaycanı K44 kateqoriyasında təmsil edənidmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraqtürkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinaldamübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay ParalimpiyaOyunlarına reytinq xalları qazandırıb.

Seçilən
56
3
az.trend.az

5Mənbələr