"Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Florian Noyhausla maraqlanır.
“Ağ-qaralar” Mönhenqladbax klubu ilə mərkəzi yarımmüdafiə mövqeyində çıxış edən alman oyunçunu birdəfəlik almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürməsiylə bağlı danışıqları davam etdirir.
Ötən mövsüm 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Florian bu mövsüm Almaniya klubunun heyətində 9 matçda meydana çıxıb. 27 yaşlı futbolçu bu matçlarda heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.