AZ

Eyyub Hüseynovanın müraciətinə cavab gəldi: “Böhtandır”

Şəhərin Zabrat qəsəbəsində yerləşən “Ruzi” marketdə yayılan çörək böhtanı sağlam rəqabət prinsiplərini pozur. Çörək istehsalı ilə məşğul olan bir müəssisə iddia edir ki, rəqib şirkət – “Əhmədli çörək zavodu”nun rəhbərliyi və ya əməkdaşları qeyri-sağlam rəqabət üsullarına əl atıb.

News365.az xəbər verir ki, iddialara görə, 06.02.2025-ci il tarixində həmin müəssisənin istehsal etdiyi çörəkdən birini satın alan şəxs, iki gün sonra sosial şəbəkələrdə həmin çörəyin içindən siqaret kötüyü çıxdığını iddia edərək paylaşım edib. Lakin müəssisə bildirir ki, bu, açıq-aşkar böhtan və təxribatdır.

Mütəxəssislər qeyd edir ki, çörək 200-250 dərəcə temperaturda bişirilir və bu şəraitdə siqaret kötüyünün ilkin vəziyyətini qoruyub saxlaması mümkün deyil. Bununla belə, bəzi media qurumları, xüsusilə “Redaktor.az”, iddianın həqiqətə uyğun olub-olmadığını yoxlamadan xəbəri yayımlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı “News365.az” saytına açıqlama verib və bu cür əsassız ittihamların işgüzar nüfuza xələl gətirdiyini vurğulayıb. 

Müəssisə isə bildirir ki, məqsəd böhtan və təxribatların davam etdirilməsinin qarşısını almaqdır.

İş adamları və istehsalçılar media qurumlarına çağırış edərək bildirirlər ki, gələcəkdə belə xəbərləri yayımlamazdan əvvəl məlumatın doğruluğunu dəqiqləşdirsinlər. Əks təqdirdə, qəsdən böhtan xarakterli məlumat yayan sayt və redaksiyalar barəsində hüquqi tədbirlər görüləcək.

Seçilən
26
news365.az

1Mənbələr