AZ

Altı növ xərçəng riskini azaldan SUPER GÜC

Svabi Universitetinin (Pakistan) mütəxəssisləri də daxil olmaqla beynəlxalq alimlər qrupu müəyyən ediblər ki, nar və onun törəmələri – meyvələr, qabıqlar, yağlar, ekstraktlar və şirələr altı növ xərçəngin inkişaf ehtimalını azalda bilər.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Food Science & Nutrition” (FSN) elmi jurnalında dərc olunub.

Qeyd edilib ki, bunlara prostat, sidik kisəsi, döş, dəri, ağciyər və kolon xərçəngi daxildir.

Tədqiqatçıların fikrincə, narın şiş və iltihab əleyhinə xüsusiyyətlərində antioksidantlar əsas rol oynayır. Xüsusilə, polifenollar, flavonoidlər və taninlər iltihabı azaltmağa kömək edir, şiş hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və onların böyüməsini ləngidir.

Bundan əlavə, alimlər qeyd ediblər ki, narın müntəzəm istehlakı metastaz riskini - xərçəngin digər orqanlara yayılmasını azalda bilər. Bu meyvə həm də lif, mineral və vitaminlərlə zəngindir, lakin az miqdarda yağ və kalori ehtiva edir ki, bu da xərçəngin risk faktorlarından biri olan artıq çəki ilə mübarizədə faydalıdır.

Seçilən
63
2
publika.az

3Mənbələr