AZ

Trampı Məsih elan etdilər

ABŞ prezidenti Donald Trampı “Məsih” elan edən “Evangelist Pastorların” sayı artıb.

News24.az bildirir ki, Donald Trampı ABŞ prezidentliyinə gətirən MAGA Hərəkatından sonra bir çox Yevangelist din xadimləri də Ağ Evin yeni sahibinin “Məsih” olması iddiasını yaymağa başlayıblar.

Zaman keçdikcə cəmiyyət Trampa müqəddəs keyfiyyətlər aid edən fanatik kulta çevrilib. Qrup hətta Virciniyada Trampa həsr olunmuş kilsə də təsis edib. Onun 13 iyul sui-qəsd cəhdindən möcüzəvi şəkildə sağ qalması tərəfdarları arasında Trampın “Məsih” olduğuna inamı gücləndirib.

Zəhraxanım Şeydayeva

Seçilən
62
news24.az

1Mənbələr