AZ

Britaniya səhiyyə nazirinin müavini təhqiredici şərhlərə görə işdən çıxarılıb

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin bağlı vatsap qrupunda yazdığı təhqiramiz şərhlərə görə işdən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmerin nümayəndəsinin açıqlamasında deyilir.

"Baş nazir dövlət qulluğunda yüksək davranış standartlarını dəstəkləməkdə və zəhmətkeş insanlara xidmət göstərən hökumətə rəhbərlik etməkdə qərarlıdır. O, bu işdə etdiyi kimi, həmin standartlara cavab verməyən hər hansı siyasətçi üçün tədbir görülməli olduqda tərəddüd etməyəcək”, - Starmerin köməkçisi bildirib.

Seçilən
43
2
report.az

3Mənbələr