AZ

“Rəqəmsal məktəb” platforması təhsilə nə vəd edir?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı məktəblərində ilkdəfə “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Hələliksınaq müddətində olan layihə müəllim, şagird, valideyn vədirektorları əhatə edir.

Təhsil sistemində yeni nəfəs olan “Rəqəmsal məktəb”təhsilin keyfiyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin sektormüdiri, təhsil tədqiqatçısı Elmin Nuri bildiribki, "Rəqəmsal məktəb" platformasına bənzər, buna məzmun və formacəhətdən yaxın olan variantlar dünya təhsil sistemində artıqçoxdandır, tətbiq olunur:

“"Rəqəmsal məktəb" platformasına bənzər sistem Avropa, Amerika,Uzaq Şərqin inkişaf etmiş təhsil ölkələrində çoxdan tətbiq olunurvə ildən-ilə yenilənir. Mən düşünürəm ki, hazırda sınaqmərhələsində işləyən "Rəqəmsal məktəb" platforması bundan sonra dahər il müəyyən yeniliklərlə ictimaiyyətin qarşısına çıxacaq. Bulayihə hazırda yalnız Bakı şəhərində, 324 məktəbi əhatə edir vəhələlik 500 mindən çox şagird bu platformanın çərçivəsinədaxildir.

Təbii ki, maksimum bir il müddətinə bunun bütün ölkə təhsilsisteminə yayılması vacibdir və mütləqdir. Bu layihə, əslində,çoxdan başlanmalı idi. Çağdaş təhsilin tələbləri, çağırışları bunuxüsusi tələb edirdi. Bu, təhsildə elektronlaşmanı, innovativyanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edənbir platformadır. Bizdə bu layihə "Rəqəmsal məktəb" adlanır, ancaqbir çox ölkələrdə bunun heç adı yoxdur, sadəcə sistemin özü var. Buplatforma Azərbaycan təhsili adına yeni bir mərhələninbaşlanğıcıdır.

Birincisi, məktəb mühitini, başda müəllimlər olmaqla kağızsənədləşmələrdən, kağız materiallardan xilas edir. Mənim ətrafımdakifayət qədər müəllim dostlarım var və hamısı yazı yazmaqdanşikayət edirdilər. Bu platforma müəllimləri kağız asılılığındanxilas edəcək. Miqyası, məsafəni genişləndirəcək, məkan baryeriniaradan qaldıracaq. Bunlar hamısı 10-15 il əvvəl xəyal olunanməsələlər idi. Bu illər ərzində mütləq ki, hansısa işlər görülüb,sadəcə ictimaiyyətə bu 6 fevralda keçirilən brifinqdə elm və təhsilnaziri tərəfindən açıqlandı və detallar deyildi”.

Elmin Nuri qeyd edib ki, “Rəqəmsal məktəb” platforması eləhazırlanıb ki, təhsil üçbucağının hər üç tərəfini özündə əhatə edir- müəllim, şagird və valideyn:

“Rəqəmsal məktəb" də sırf bu üçbucağın tələb və prinsiplərinəgörə hazırlanıb. Yəni, buradan müəllimlər də, şagirdlər də,valideynlər də ayrı-ayrı sferalardan faydalana biləcək. Müəllimlərelektron jurnalı, elektron cədvəli artıq buradan hazırlaya biləcək,kağız asılılığından xilas olacaqlar. Eyni zamanda, valideynlərləvirtual əlaqə qura biləcəklər. Bu, həmçinin, məktəb rəhbərliyi ilə,direktor və müavinləri ilə də işgüzar məsələlərə aiddir. Bundanəlavə, şagirdlərin göstəricilərini buradan yoxlamaq imkanına malikolacaqlar. Sadaladıqlarım platformadan müəllimlərin faydalanabiləcəyi meyarlardır.

Şagirdlərə gəldikdə, onlar təhsilin ən böyük auditoriyasıdır vəbu platformada şagirdlərə gündəlik lazım olan detallar, müxtəliftest və tapşırıqlar, vacib materiallar yer alacaq. Platformadaqeydiyyatdan keçən şagirdlər bu üstünlüklərdən faydalanabiləcəklər. Ən əsası, şagirdlər bu platforma ilə müəllim vəvalideynlərinin nəzarətində olacaqlar”.

O əlavə edib ki, valideynlər bu platformada övladlarına, onlarınnəticələrinə, göstəricilərinə rahat şəkildə nəzarət edəbiləcəklər.

“Eyni zamanda, vaxt itirmədən müəllimlərlə münasibət qura,məktəbdəki proseslərlə bağlı müəllimlərə sual verib, cavab alabiləcəklər.

Mən düşünürəm ki, bu, elə bir layihədir ki, burada texnikiimkanlar, internet, İT imkanları yaxşı olmasa, bu məsələlərlə bağlımüəyyən problemlər yaşansa, platforma öz faydasını tam göstərəbilməz. Amma inanıram ki, məsələ ilə bağlı bu qədər işlərgörülübsə, texniki məsələlərdə, İT məsələlərində də heç bir problemolmayacaq. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bir çoxlayihələrdə, məsələn, şagirdlərin yerdəyişməsi, yerləşməsi,elektron qəbul və s. zamanı sistem bəzən yüklənirdi, problemyaşanırdı. Amma sonra bunlar hamsısı aradan qaldırıldı. İnanırıqki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə çox geniş təcrübəsivar və İT istiqamətində də öz sözünü deyəcək”, - deyə E.Nurivurğulayıb.

Təhsil eksperti Elçin Əfəndiyev də mövzu iləbağlı Trend-əbildirib ki, "Rəqəmsal məktəb” platformasının təhsil üçün müsbətməqamları var:

“Bu platforma vasitəsi ilə valideynlər övladlarını daha rahatizləyə biləcəklər. Onların təhsil göstəricilərini, davranışlarınırahat izləmə imkanı qazanacaqlar. Eyni zamanda, övladlarınıncədvəlləri rəqəmsal platformada öz əksini tapmış olacaq. Özfikirlərini rahat şəkildə məktəb rəhbərliyinə bildirə biləcəklər. Ocümlədən, müəllim, valideyn və məktəb kommunikasiyasının düzgünqurulmasına bu platforma müsbət mənada təsir göstərək. Eynizamanda, təhsil keyfiyyətinə təsiri çox böyük olacaq. Çünkivalideyn istənilən halda həm sayt vasitəsilə, həm tətbiq vasitəsiləistənilən halda övladının təhsil göstəricilərinə nəzarət etdiyizaman müəyyən boşluqları görərsə, daha çox çalışacaq ki, övladınıntəhsil göstəriciləri yaxşı olsun. Əlavə olaraq, valideynin məktəbdəgördüyü hansısa neqativ bir məsələ varsa, bunu məktəb rəhbərliyinədaha tez çatdıra biləcək. O cümlədən, Nazirliyə çatdıra biləcək.İndi bütün məsələlərə baxılacaq. Platforma üzərindən valideyn vəmüəllimin fikir mübadiləsi aparma imkanı, həmçinin, şagirdinelektron dərsliklərdən, testlərdən istifadə imkanları yaxşılaşacaq.Bütün bunlar da ümumilikdə təhsil göstəricilərinə, təhsilkeyfiyyətinə müsbət təsir edəcək”.

Ekspert qeyd edib ki, “Rəqəmsal məktəb” layihəsi hazırda məhdudsayda məktəblərə tətbiq olunub.

“Mən düşünürəm ki, test mərhələsi uğurla həyata keçirilərsə,ondan sonra "Rəqəmsal məktəb" platforması ölkədə fəaliyyət göstərənbütün təhsil müəssisələrini əhatə edəcək. Digər müsbət məqam daodur ki, əvvəllər müəllimlər jurnala qeydiyyat aparmaqda daha çoxəziyyət çəkirdilər. Həm kağız jurnallarda, həm də elektronjurnallarda qeydiyyat aparırdılar. İndi birbaşa yalnız elektronqeydiyyat aparacaqlar. Bu da müəllimlərə əlavə vaxt qazanmaq imkanıverəcək.

Kağız daşıyıcılardan istifadə halları məhdudlaşacaq. Bu daekoloji cəhətdən üstünlükdür. Ümumiyyətlə, təhsil kefiyyətinəmüsbət qatqıları çox olacaq. Hazırda 500 min şagirdi əhatə edir.Gələcəkdə bu platforma bütün təhsil müəssisələrini əhatə etdikdənsonra, bütün təhsilverənlərin və təhsilalanların bu imkanlardanistifadələri mümkün olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasının istifadəyəveriləcəyi haqqında ilk məlumatı elm və təhsil naziri EminƏmrullayev keçirdiyi brifinqdə deyib. Bu platforma ötən gün Bakıməktəblərində sınaq müddəti olmaqla istifadəyə verilib. Testmərhələsindən uğurla keçdiyi təqdirdə, ölkə ərazisində fəaliyyətgöstərən bütün məktəbləri əhatə edəcək. Sözügedən platforma təhsilsistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris vəidarəetmə proseslərini təkmilləşdirmək, həmçinin, təhsildəşəffaflığı artırmaq məqsədi daşıyır.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri”üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçiyəqrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir.“Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird,valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdanwww.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsiləfərdi kabinetlərinə giriş edə biləcəklər.

Seçilən
24
6
az.trend.az

6Mənbələr