AZ

APL-də XXII tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, turun açılış günündə iki oyun baş tutacaq. “Şamaxı” doğma meydanda “Sumqayıt”ı sınağa çəkəcək.

Günün ikinci matçı Masazırda keçiriləcək. “Sabah” “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası

XXII Tur

9 fevral

14:30. Şamaxı – Sumqayıt 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

Şamaxı şəhər stadionu

17:00. Sabah – Turan Tovuz

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

“Bank Respublika Arena”

 

Seçilən
44
futbolpress.az

1Mənbələr