![İsti su torbasından yanlış istifadə](https://e-saglam.az/storage/news/middle/images/2025/2/isti-su-torbasi.jpg)
İsti su torbaları ağrıları azaltmaq və isinmək üçün geniş istifadə olunur. Lakin yanlış istifadə edildikdə ciddi yanıqlara və təhlükəli fəsadlara səbəb ola bilər.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, mütəxəssislər isti su torbalarının maksimum 2-2,5 il istifadə edilməli olduğunu bildirirlər. Rezindən hazırlandığı üçün günəş və suya uzunmüddətli məruz qalması çatlar yarada bilər.
İsti su torbalarına qaynar su əlavə etmək təhlükəlidir, çünki bu, təzyiq yaradaraq partlayışa səbəb ola bilər. Su maksimum üçdə iki hissəyə qədər doldurulmalı və istifadədən əvvəl bir qədər soyudulmalıdır.
Bundan əlavə, isti su torbasının dəri ilə birbaşa təmasda olması kiçik yanıqlara yol aça bilər. Bu səbəbdən onu bir parça və ya örtüklə istifadə etmək məsləhət görülür.
Xüsusilə şəkərli diabet xəstələri sinir uclarının həssaslığı azaldığı üçün istiliyi hiss edə bilmirlər və bu, ciddi yanıqlara səbəb ola bilər. Bu qrup insanlara isti su torbalarından ehtiyatla istifadə etmək tövsiyə edilir.
Əgər isti su torbası partlasa, dərhal istilik təmasından uzaqlaşmaq və paltarı çıxarmaq lazımdır. Yanmış sahəni kran suyuyla islatmaq mümkündür, lakin həkimə müraciət etmək ən doğru addımdır.
İsti su torbalarından istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Müntəzəm olaraq yoxlanmalı və zədələnmiş torbalar dərhal dəyişdirilməlidir.
Tərcümə: Könül Oruc