Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.
Əvvəlcə sərbəst güləşçilər mübarizə aparıblar. Onlardan Kənan Heybətov (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. İslam Bazarqanov (57 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) gümüş medala layiq görülüblər. 92 kiloqram çəki dərəcəsində digər təmsilçimiz Abubakr Abakarov isə bürünc medal əldə edib. Komandamızın digər üzvləri Nürəddin Novruzov (61 kq) və Əli Rəhimzadə (65 kq) də turnirdə 3-cü yeri tutublar.
Qadın güləşi üzrə ən böyük nailiyyəti 59 kiloqram çəkidə mübarizə aparan Günay Qurbanova qazanıb. O, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı Alyona Kolesnik gümüş medala layiq görülüb.
L.AZAD
XQ