AZ

"Milan"ın yeni oyunçusu tarixə düşüb

Bu ay "Milan"a keçən Santyaqo Ximenez "Rossoneri"nin heyətində qol vuran ilk meksikalı olub.

İdman.biz xəbər verir ki, 23 yaşlı forvard İtaliya çempionatı çərçivəsində "Empoli"yə qalib gəldikləri oyunun (2:0) ikinci hissəsində meydana çıxıb və 76-cı dəqiqədə gözəl qola imza atıb.

"Opta"nın məlumatına görə, Ximenes həmçinin "Cenoa"da 4 dəfə fərqlənən Xoan Vaskes və "Napoli"nin rəqiblərini 23 dəfə məyus edən İrvinq Losanodan sonra A Seriyasında qol vuran üçüncü meksikalı olub.

İdman.biz

Seçilən
48
2
idman.biz

3Mənbələr