Mövzu ilə bağlı AzVision.az -a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, dəm qazı rəngsiz, qoxusuz olduğuna görə, təhlükəni öncədən hiss etmək mümkün deyil. Buna baxmayaraq bəzi qaydalara əməl etməklə, öncədən tədbirlər görməklə zəhərlənmə hallarının qarşısını almaq mümkündür.
![]() |
Dəm qazı ilə əlaqədar əhaliyə müraciət -VİDEO |
Havalandırma düzgün təşkil olunmalıdır. Qaz cihazları hündürlüyü minimum 2.2 metrdən yuxarı olan mətbəxlərdə quraşdırıla bilər. Mətbəxin mütləq pəncərəsi olmalıdır.
Dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorlarıdır. Qaz detektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orada detektorların quraşdırılması ilə məşğul olan lisenziyalaşmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələlik effektiv işlər aparılmayıb. Lakin hərə özü üçün müəyyən satış yerlərindən qaz detektorları alıb, istifadə edə bilər".
Həmidə İbrahimova
AzVision.az