AZ

Mbappedən rekord - Futbol tarixində onun kimisi yoxdur

"Real Madrid"in hücumçusu Kilian Mbappe karyerası ərzində vurduğu qolların və etdiyi məhsuldar ötürmələrin ümumi sayını 500-ə çatdırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Actu Foot" yayıb.

O, “Atletiko Madrid” ilə derbinin (1:1) ikinci hissəsində hesabı bərabərləşdirərək buna nail olub. Beləliklə, 26 yaşlı Mbappe bu həddə çatan ən gənc futbolçu olub. İndiyə qədər heç kim bu yaşda belə nəticə əldə etməyib. 

Heç-heçəyə baxmayaraq, "Real Madrid" La Liqanın turnir cədvəlindəki liderliyini qoruyub. 

Fransalı ulduz forvard bu mövsüm bütün turnirlərdə 34 matça çıxaraq 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr