Gəncəyə bu ilin ilk qarı yağıb.
APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarından başlayan qarın yağması hələ də davam edir.
İlkin məlumata görə, qar şəhərdə hər hansı bir fəsad törətməyib, nəqliyyatın hərəkətində çətinlik yaranmayıb.
Qeyd edək ki, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarına da qar yağıb.
![Gəncə,](https://apa.az/storage/news/2025/february/09/small/67a83f5bb931767a83f5bb9318173907951567a83f5bb931567a83f5bb9316.jpg)