Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin girişində quraşdırılan elektrik lövhəsindəki qoruyucu açarlar və dolab 5 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər ev sakini xilas olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.