"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe İspaniya çempionatında 16-cı qolunu vurub.
Publika.az xəbər verir ki, bu barədə "Actu Foot" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Fevralın 8-də forvard La Liqanın 23-cü turunun “Atletiko” ilə keçirilən matçında qol vurub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Fransalı futbolçu bu turnirdə keçirdiyi 21 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.