AZ

"Araz-Naxçıvan"ın 3 problemli futbolçusu məşqə çıxmadı

"Zirə" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra "Araz-Naxçıvan" məşqlərini bu gün bərpa edib.

Sportinfo.az xəbər verir ki, soyuq. qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib.

Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.

"Araz-Naxçıvan" Milsi Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq. Fevralın 10-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

Seçilən
26
sportinfo.az

1Mənbələr