AZ

Yapon alimləri yan təsirləri olmayan, 24 saat effektli ağrıkəsici kəşf ediblər

Yapon alimləri yan təsirləri olmayan, 24 saat effektli

Yaponiyalı alimlər yan təsirləri olmayan və 24 saat təsirli yeni bir ağrıkəsici antikor kəşf ediblər. 3E1 adlı bu antikor sinir hüceyrələrinin səthindəki CADM1 zülalını hədəf alaraq ağrı siqnallarını bloklayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqatçılar 3E1-in yalnız hiss sinirlərinə təsir etdiyini və motor sinirlərə mənfi təsir göstərmədiyini müəyyən ediblər. Siçanlar üzərində aparılan təcrübələrdə bu antikorun hərəkət qabiliyyətini pozmadan ağrını azaltdığı müşahidə olunub.

Aparılan testlərdə 3E1 ilə müalicə olunan siçanların ağrıya reaksiyasının əhəmiyyətli dərəcədə azaldığı və təsirin 24 saata qədər davam etdiyi sübut edilib. Bu, mövcud lokal anesteziklərdən xeyli uzunmüddətli təsirdir.

Alimlər 3E1-in təhlükəsizliyini vurğulayaraq, onun xroniki ağrı müalicəsində yeni üfüqlər aça biləcəyini bildirirlər. Prof. Akihiko İto bu kəşfin “antikor anestezikləri” adlandırılan yeni bir sahənin başlanğıcı ola biləcəyini qeyd edib.

Mövcud antikor əsaslı ağrı müalicələri ciddi yan təsirlərə görə məhdud uğur qazansa da, 3E1 zəhərli təsir yaratmadan alternativ bir həll təklif edir.

Araşdırmanın nəticələri Life Sciences elmi jurnalında dərc edilib və mütəxəssislər bu antikorun insanlarda istifadəsi üçün daha uzunmüddətli versiyalarını inkişaf etdirməyə çalışırlar.

3E1 xüsusilə osteoartrit və xroniki ağrı müalicəsində effektiv ola bilər. Bu yeni ağrıkəsici metodun gələcəkdə ağrı ilə əlaqəli xəstəliklərin müalicəsində inqilabi dəyişikliklər edə biləcəyi gözlənilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
17
6
e-saglam.az

7Mənbələr