AZ

Təbiət kodlaşdırılmış sistemdir - Rəssam 

Yazını böyüt
Yazını kiçilt

Abşeron Milli Parkının 20 illik yubileyi ilə bağlı təşkil olunan sərgidə instalyasiya və digər əsərlərimlə iştirak edirəm. Əsərlərimdə "Qırmızı kitab"a düşən növləri, planetlərin paradının təsirlərini əks etdirməyə çalışmış, təbiətin qorunmasına çağırış etmişəm. Sərgidə nümayiş etdirilən əsərlərimin ərsəyə gəlməsinə 3 aya yaxın vaxtım gedib. Ən çox zaman sərf etdiyim "İtirilmiş cənnətin Şah dilində tapılması" instalyasiyamdır. Burada Abşeron Milli Parkında olarkən keçirdiyim duyğuları göstərməyə, cənnətdə imişəm kimi hiss etdiyimi ötürməyə çalışmışam.

Hafta.az xəbər verir ki, bunu azertac-a müsahibəsində rəssam-dizayner Azər Abdullazadə deyib.

Rəssam, heykəltəraş, instalyasiya ustası Emil Məcidov isə təbiətin kodlaşdırılmış sistem olduğunu, kvant fizikası ilə birbaşa bağlı olduğunu deyib. Onun sözlərinə görə, bunu dərk edən insan ətrafa fərqli yanaşır, baxış bucağı fərqli olur.

"Gördüyümüz maddi aləmdir. Çalışıram ki, insanlar bir az öz mənəvi aləmlərini mühakimə etsinlər. Həyatda hər şey gördüyümüzdən ibarət deyil. "Hər parıldayan qızıl deyil" məsəlinə uyğun olaraq aldanmasınlar, düşünərək addım atsınlar. Qəlblərinin səsinə qulaq assınlar. Biz kainatla birbaşa əlaqədəyik. İnsan öz düşüncələrini, intellekt səviyyəsini nə qədər aktiv etsə, bir o qədər baxış bucağının dərəcəsi artacaq və dünyaya başqa cür baxacaq. Pisliklər olmayacaq, neqativ düşüncələr, pessimist davranışlar yox olacaq. Əksinə, optimist, humanist, pozitiv olacaq. İnsan enerjidir. Özü müsbət olacaqsa, ətrafı da müsbət enerjili olacaq. Çünki eyni yüklü enerjilər bir-birini maqnit kimi çəkir.

Bütün filosofların düşüncələrindən ilham alır, əsərlərimə yansıdıram. Əsərləri yaratmaq üçün baza yaratmaq lazımdır. Elə əsərim var ki, 3-6 aya başa gəlir. Materialları təbiətdən əldə edirəm. Yəni, təbiətə zərər vermədən onun bəxş etdikləri ilə fikirlərimi çatdırıram", - deyə E.Məcidov qeyd edib.

Seçilən
13
hafta.az

1Mənbələr