Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin fevral ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi dəyişməyib.
Sportinfo.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 120 xalla ikinci pillədə qərarlaşıb.
Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.
Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.