Polşa Ekstraklasasında 20-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" da növbəti oyununa çıxıb.
Sözügedən komanda öz meydanında "Şlyonsk"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Rahil qarşılaşmanın iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və sona qədər meydanda olub.
Bu nəticədən sonra sonra aktivində 21 xal olan "Radomyak" 18 komanda arasında 13-cü pilləsində qərarlaşıb.